Kriştianu Ronaldu "Yuventus"da - Rəsmi

İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu komandanı tərk edib.

AzNews.az klubun saytına istinadən xəbər verir ki, "Real" 33 yaşlı portuqaliyalı hücumçunun İtaliyanın "Yuventus" klubuna keçidini təsdiqləyib.

Ronaldunun transfer məbləği isə 105 milyon avro olub.

Qeyd edək ki, Ronaldu 2009-cu ildə "Mançester Yunayted"dən "Real Madrid"ə keçmişdi. Portuqaliyalı superulduz karyerası ərzində saysız-hesabsız titul və rekordlarla yadda qalıb.

Belə ki, o, 5 dəfə Qızıl Topun sahibi seçilib. Həmçinin o, 5 qat Çempionlar Liqası qalibi və yığmasının heyətində Avropa çempionu olub.