Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar.

Nəticəni qənaətbəxş saymaq olar - Qurban Qurbanov

Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar.

Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə "Kukesi" ilə qarşılaşdıqları oyundan (0:0) sonra deyib.

Q.Qurbanov ağır oyun olduğunu, futbolçuların çox güc sərf etdiklərini bildirib:

"Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idilər, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq".

Baş məşqçi qeyd edib ki, belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar: "Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

AzNews.az