“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin prezidenti Safet Qiçi Maltanın “Valletta” klubu ilə oyunlardan əvvəl futbolçulara vəd etdiyi 100 min avroluq mükafatı verib. “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin prezidenti Safet Qiçi Maltanın “Valletta” klubu ilə oyunlardan əvvəl futbolçulara vəd etdiyi 100 min avroluq mükafatı verib.

"Qarabağ"ı keçin, istədiyiniz mükafatı alın - Prezident

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin prezidenti Safet Qiçi Maltanın “Valletta” klubu ilə oyunlardan əvvəl futbolçulara vəd etdiyi 100 min avroluq mükafatı verib.

Qol.az-ın yaydığı xəbərə görə, Ağdam klubu ilə matçdan (0:0) sonra komandanın çıxışından razı qalan prezident vədinə əməl edib. “Qarabağ”la avqustun 1-də keçiriləcək cavab görüşü öncəsi Qiçinin bu addımı komandada əhval-ruhiyyəni yüksəldib. Hətta o, futbolçulara yeni mükafat söz verib. Əgər “Kukesi” “Qarabağ”ı keçsə, oyunçular boş kağıza istədikləri məbləği yazacaqlar. Bu məbləğin isə əvvəlkindən çox olacağı gözlənilir. Çünki albanlar “Qarabağ”ı “Valletta”dan daha ciddi rəqib hesab edirlər.

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” oyunu avqustun 1-də Bakıda keçiriləcək. Matçın başlama saatı 21:00-dır.

AzNews