Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb. Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

"Trabzonspor" Millimizin oyunçusu ilə müqaviləni ləğv etdi

Türkiyənin "Trabzonspor" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

AzNews.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Bildirilir ki, "Trabzonspor" Ramil Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.