Türkiyə adına yarışan həmyerlimiz Ramil Quliyev bir daha tarix yazdı. Türkiyə adına yarışan həmyerlimiz Ramil Quliyev bir daha tarix yazdı.

Türkiyəni təmsil edən həmyerlimiz Ramil Quliyevdən Avropada tarixi qələbə

Türkiyə adına yarışan həmyerlimiz Ramil Quliyev bir daha tarix yazdı.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin milli komandasında təmsil olunan idmançımız Ramil Quliyev Avropa Atletizm Çempionatının 200 metr yarışında 19,76 dərəcə ilə qızıl medalını qazanıb.

Qeyd edək ki, o, 2009-cu il Avropa Gənclər Atletika Çempionatında Azərbaycanı təmsil edərək 100 metrdə gümüş, 200 metrdə isə qızıl medal qazanmışdı. R.Quliyev 100 və 200 metr yarışlarında milli və beynəlxalq gənclər rekordunun sahibidir.

O, həmçinin 200 metrlik Avropa gənclər rekordu və 60 metrlik milli gənclər rekorduna da imza atıb. 1990-cı ildə Bakıda dünyaya gəlmiş azərbaycanlı məşhur idmançı 2011-ci ildən Türkiyə vətəndaşıdır.

Nurlan AĞA,
AzNews.az