- Köhnə - İdman
- 24 Avqust 2018 21:52
- 7 223
Dünyaca məşhur futbolçu saxlanıldı - Foto
İngiltərənin London klubu "Tottenhem"in fransalı qapıçısı Huqo Lloris yerli polis tərəfindən saxlanılıb.
AzNews.az-ın məlumatına görə, onun saxlanılmasına səbəb içkili halda avtomobil idarə etməsi olub.

Dünya çempionu olan 31 yaşlı qolkiper şərti olaraq buraxılıb. O, sentyabr ayının 11-də hakim qarşısına çıxmalıdı.