Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib. Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Son dəqiqələrdə qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, açılış oyununda "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 42-ci dəqiqədə penaltidən Təmkin Xəlilzadə açıb. 76-cı dəqiqədə "Sumqayıt" daha bir zərbə alıb. Bu dəfə Nicat Qurbanov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

Bununla belə, qonaqlar məğlubiyyətdən yaxa qurtara bilib. 90+2-ci dəqiqədə Yusif Nəbiyev sabiq komandasını cəzalandırıb.

Beləliklə, hər iki komanda xallarını 4-ə çatdırıb.

Bu gün saat 20:30-da "Zirə" - "Sabah" oyunu start götürəcək. Tura avqustun 26-da keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, III tur

25 avqust

18:00. "Qəbələ” – "Sumqayıt” - 1:1

Qol: Təmkin Xəlilzadə, 42 (penalti ilə) - Yusif Nəbiyev, 90+2

Qırmızı vərəqə: Nicat Qurbanov, 76 ("Sumqayıt")

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

AzNews.az