- Köhnə - İdman
- 27 Avqust 2018 19:32
- 6 949
Azərbaycan derbisində rekord
Azərbaycan Premyer Liqasının 2018-2019-cu illər mövsümündə ən çox tamaşaçı üçüncü turda “Qarabağ” – “Neftçi” qarşılaşmasında qeydə alınıb.
AzNews.az PFL-ə istinadən xəbər verir ki, “Azersun Arena”da keçirilmiş matçı 3 min tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus olub. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən üç dəfə az – 1050 tamaşaçı toplayıb.
İndiyədək keçirilmiş üç turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.