- Köhnə - İdman
- 3 Sentyabr 2018 16:24
- 6 901
“Avropa rekordunu qıracaqdım, külək qoymadı...” - Məşhur azərbaycanlı
Azərbaycan əsilli idmançı Ramil Quliyev həm Avropa rekordçusu olmaq, həm də 2020-ci ildə Tokioda keçiriləcək olimpiadada qızıl medal qazanmaq istədiyini açıqlayıb.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Quliyev “Fenerbahçe” jurnalının sentyabr sayına verdiyi müsahibədə Berlində rekordu qıra bilməməsi haqqında danışıb.
O, əvvəlcə stadionun quruluşundan şikyətlənib: “Külək arxadan vurur, bir tərəf də açıqdır, içəri dolmuş külək stadionda dövr edir. Bunu bilsəydim, Avropa rekordunu qırardım” – deyə, Ramil Quliyev bildirib.
“Mən tək bir şey bilirəm, o da çalışmaqdır. Bura qədər çalışaraq gəlmişəm, bundan sonrakı nailiyyətlər də, medallar da çalışılaraq gələr”.
Nurlan AĞA
AzNews.az