- Köhnə - İdman
- 3 Sentyabr 2018 21:23
- 8 630
Yaya Ture yeni klubda
Ötən mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi başa çatan Yaya Turenin yeni klubu müəyyənləşib.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirəcək.
Müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Yaya Ture Donetsk “Metallurq”undakı çıxışı ilə “Olimpiakos”un maraq dairəsi düşmüş və 2005/2006 mövsümündə burada oynamışdı.
O daha sonra “Monako” və “Barselona”da da çıxış edib.
AzNews.az