Azərbaycan millisi UEFA Millətlər Liqasının II turunda Malta yığması ilə oyun üçün səfərə çıxıb. Azərbaycan millisi UEFA Millətlər Liqasının II turunda Malta yığması ilə oyun üçün səfərə çıxıb.

Azərbaycan millisi Maltaya yola düşüb

Azərbaycan millisi UEFA Millətlər Liqasının II turunda Malta yığması ilə oyun üçün səfərə çıxıb.

AzNews.az-ın "Report"a istinadən məlumatına görə, çarter reysi ilə uçan təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Səfərə gedənlər arasında AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, milli assosiasiyanın baş katibi Elxan Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da var.

Qeyd edək ki, D liqasının III qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakıda Kosovo yığmasına qarşı keçirdiyi ilk matçda qolsuz heç-heçə edib. Malta komandası isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub.

AzNews.az