Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” UEFA tərəfindən cərimə oluna bilər. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” UEFA tərəfindən cərimə oluna bilər.

“Qarabağ”ın rəqibi məhkəməyə verildi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” UEFA tərəfindən cərimə oluna bilər.

AzNews.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, sabiq baş məşqçisi Sinişa Mihayloviç Lissabon təmsilçisini məhkəməyə verib.

Mövsümlərarası fasilədə Portuqaliya klubuna baş məşqçi təyin edilən və cəmi 9 gün sonra qovulan serbiyalı mütəxəssis “Sportinq”dən 11,2 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, “Qarabağ” Avroliqada ilk oyununu sentyabrın 20-də səfərdə məhz “Sportinq”ə qarşı keçirəcək.

AzNews.az