“İnter” – “Neftçi” oyununda dava

"İnter" – "Neftçi" oyunu başa çatdıqdan sonra hər iki komandanın futbolçuları arasında dava düşüb. Apasport.az saytının məlumatına görə, oyunun son dəqiqələrində "Neftçi"nin serbiyalı qapıçısı Saşa Stamenkoviçlə "İnter"in seneqallı yarımmüdafiəçisi İbrahima Niasse arasında söyüş olub.

Bundan hiddətlənən Saşa oyunun başa çatmasını gözləyib. Final fiti səslənən kimi qolkiper Niassenin üzərinə cumub. Ancaq başda Mahir Şükürov olmaqla "Neftçi"nin oyunçuları Stamenkoviçi afrikalı futbolçudan ayırd edə bilib.

Qeyd edək ki, Stamenkoviç 2-ci dəfədir ki, oxşar dava ilə yadda qalır. O, Avroliqanın qrup mərhələsində də "Partizan"ın futbolçuları ilə davada əsas simalardan biri idi.

AzNews.az