Belarusun BATE klubunun futbolçuları mövsümün sonunadək oyunlara qara sarğı ilə çıxacaqlar. Belarusun BATE klubunun futbolçuları mövsümün sonunadək oyunlara qara sarğı ilə çıxacaqlar.

BATE futbolçuları bütün oyunlara qara sarğı ilə çıxacaqlar

Belarusun BATE klubunun futbolçuları mövsümün sonunadək oyunlara qara sarğı ilə çıxacaqlar.

Borisov təmsilçisi klubun İdarə Heyətinin sədri Anatoli Kapskinin vəfatına hörmət əlaməti olaraq bu addımı atıb. Bu, Belarus çempionatının və ölkə kubokunun oyunlarına şamil olunacaq.

Belarus Futbol Federasiyası da BATE-nin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında xərçəng xəstəliyindən vəfat edib.(report.az)

AzNews.az