- Köhnə - İdman
- 5 İyul 2013 08:34
- 935
Bakıda qonaq olan “Mariehamn“ klubu ciddi itki ilə üzləşdi

Qol.Az-ın məlumatına görə, ilk hissədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan Dever Orcill və Dieqo Assisin vəziyyəti ciddidir.
Bu barədə baş məşqçi Pekka Luskinin köməkçisi Stefan Strömborq məlumat verib. Onun sözlərinə görə hər iki futbolçu "İnter"lə cavab qarşılaşmasını buraxmalı olacaqlar:
"Orcilin vəziyyəti ciddidir. Dizindən zədə alan futbolçu artıq bir neçə həftə oynamayacaq. Hətta bu müddət bir ay da çəkə bilər. Ancaq dəqiq diaqnoz tibbi müayinədən sonra qoyulacaq. Dieqo Assis də dizindən zədələnib. O da böyük ehtimalla "İnter"lə cavab qarşılaşmasını buraxmalı olacaq".
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 11-də Finlandiyada keçiriləcək. İlk oyunda 1:1 hesabı qeydə alınıb.
AzNews.az