- Köhnə - İdman
- 5 İyul 2013 15:26
- 2 638
Futbolçu Bakıda 100 min ziyana düşdü- Qəza
"Dənizlispor"da futbolçulara istirahət verilən zaman, Məlikov 2 həftə öncə Bakıda yol qəzası törədib.
O, şəxsi avtomobili ilə qoca bir qadını vurub. Həmin şəxs təcili xəstəxanaya çatdırılıb. Yaralı şəxsin yaxınları futbolçunu məhkəməyə verməmək üçün ondan 100 min avro pul tələbə edib. Çətin vəziyyətdə qalan Məlikov "Dənizlispor" rəhbərliyinə zəng vuraraq bu məbləğdə pul istəyib. Ancaq Türkiyə klubu 100 min avronu vermək iqtidarında olmadığını bildirib. Belə olan halda, onu qışdan bəri istəyən "Qəbələ" araya girib. Klubumuz futbolçuya yaxşılıq əlaməti olaraq həmin məbləği ödəyib.
Bundan sonra Məlikov "Dənizlispor"la məsələsini həll edərə, "Qəbələ"də oynamaq qərarına gəlib. Türkiyə mətbuatında onun müqaviləsinin müddəti 2 illik göstərilsə də, 1 illik anlaşmaya qol çəkilib. Azərbaycan millisinin sabiq futbolçusu yeni kluba keçməklə yanaşı, "Qəbələ"nin ödədiyi 100 min avro hesabına həbsxanaya düşmək cəzasından da qurtulmuş olub. (apasport.az)
AzNews.az