- Köhnə - İdman
- 8 İyul 2013 17:53
- 953
Hərbçilərimiz qrupda lider oldu

Trend-in məlumatına görə, yığmamız AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da İraq komandası ilə qarşılaşıb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl komandamız Mali və Kanada yığmaları ilə qarşılaşmış və müvafiq olaraq, 4:0 və 2:0 hesabı ilə qələbə qazanmışdı.
Beləliklə, Azərbaycan yığması qrupda keçirdiyi bütün görüşlərdən qalib ayrılaraq qrup lideri kimi növbəti mərhələyə yüksəlib.
AzNews.az