“Qarabağ“ pley- off mərhələsinə vəsiqə qazandı

Çümə axşamı UEFA Avropa Liqasının "Qarabağ" III təsnifat mərhələsində İsveçin "Qefle" klubu ilə görüşüb.

Trend-in məlumatına görə, oyun 2:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Oyunda ilk qolu 41-ci dəqiqədə Silva, ikinci qolu isə oyunun 50-ci dəqiqəsində Reynaldo vurublar.

İlk oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə iki oyun nəticəsində "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.

AzNews.az