- Köhnə - İdman
- 13 Avqust 2013 11:00
- 2 703
AFFA “Qarabağ”ı cəzalandırdı
32-ci dəqiqədə baş vermiş hadisə üzündən "Qarabağ"a 1000 manat cərimə kəsilib.
"Rəvan", "Bakı" və "Sumqayıt" isə hərəyə 200 manat ziyana düşüb. "Neftçi" ilə matçın 78-ci dəqiqəsində Miloş Adamoviç əllə oyun, AZAL-la qarşılaşmanın 45+1-ci dəqiqəsində Deyvidas Çesnauskis, "Qəbələ" ilə görüşün 82-ci dəqiqəsində isə Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətləri səbəbindən ikinci sarı vərəqə alaraq, meydandan qovulublar. Cərimədən əlavə, İntizam Komitəsi hər 3 futbolçunu 1 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, ilk turdan sonra AFFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu cəzalandırmışdı. Qurbanov "İnter"lə matçda meydana girdiyi üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalmışdı.
AzNews.az