Olimpiya çempionu da İlham Əliyevi dəstəkəyir

Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryov ilk dəfə ölkəmizdə səs verib. Bu barədə Lent.az-a 53 yaşlı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, prezident seçkisində öz iradəsini Bakının Nərimanov rayonundakı seçki məntəqələrindən birində ifadə edib. Lakin Ponomaryov hansı saylı dairə və məntəqədə səs verdiyini xatırlaya bilməyib. Olimpiya çempionumuz İlham Əliyevin prezidentliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, İqor Ponomaryov 24 fevral 1960-cı ildə Bakıda doğulub. O, "Neftçi" klubunun futbolçusu kimi SSRİ yığmasının tərkibində 1988-ci il Seul Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. SSRİ-nin dağıldığı ərəfədə İsveçə yollanan Ponomaryov həmin ölkənin vətəndaşlığını alıb və yerli "Norçepinq" komandasında çıxış edib. Baş məşqçi kimi isə o, Azərbaycan yığması, "Qarabağ" və "Xəzər-Lənkəran", eləcə də Rusiyanın "Maşuk-KMV" komandalarına rəhbərlik edib. Ponomaryov bu il Azərbaycan vətəndaşlığı alıb.


AzNews.az