Əşrəf Əliyev Olimpiadanı medalsız bitirdi


Bu gün Azərbaycanın daha bir güləşçisi London Yay Olimpiadasında mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bu, sərbəst güləş üzrə yığmamızın üzvü Əşrəf Əliyev idi. 74 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz mübarizəyə 1/8 final mərhələsindən başlayıb.
Onun startdakı rəqibi isə yaponiyalı Sohsuke Takatani idi. Bu rəqiblə görüşün ilk yarısında Əşrəf qalib qalib - 1:0. Elə ikinci hissədə də oxşar hesabla qalib gələn Əliyev 1/4 finala çıxıb. 1/4 finalda Əliyev rusiyalı Denis Tsarquş ilə mübarizə aparıb. Bu görüşdə də Əşrəf ilk hissəni minimal hesabla qalib bitirib - 1:0. Amma ikinci yarıda Tsarquş üstün olub - 0:1. Həlledici raundda yenə rəqib üstün olub və Əliyev yarımfinala çıxa bilməyib.

Amma təmsilçimizin bu məğlubiyyətə rəğmən, hələ də bürünc medal şansı qalırdı. Bunun üçün ilk növbədə Əliyevi məğlub edən Tsarquşun finala çıxması lazım idi. Amma təəssüf ki, rusiyalı həlledici görüşə çıxa bilməyib və beləcə Azərbaycan güləşçisi üçün də Olimpiada uğursuz başa çatıb.


AzNews.az