Ukrayna futbolçuları rusları kuboksuz qoydu

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın gənclərdən ibarət futbol komandası(21 yaşdan aşağı) 2 fevralda Sankt - Peterburqda yekunlaşan Dostluq - 2014 kubokunun qalibi olub.

Final görüşündə rus komandası ukraynalılara 0:4 hesabı ilə uduzub. Qolları 4 - cü dəqiqədə Taras Puçkovski, 16 - cı dəqiqədə Sergey Vakulenko, 47 - ci dəqiqədə Redvan Memeşev və 90 - cı dəqiqədə Andrey Totoviçki vurublar.
Bürünc medalı estonlar üzərində qələbə qazanan belaruslar alıblar. Ümumiyyətlə bu turnirdə 12 komanda mübarizə aparıb.
Ruslar birinci dəfə titullarını əldən veriblər.


Azər
AzNews.az