- Köhnə - İdman
- 7 Fevral 2014 20:01
- 4 756
İlham Əliyev və xanımı Olimpiya Oyunlarının açılışında iştirak edir

Fevralın 7-də saat 20.14-də Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər.
AzNews.az - ın xəbərinə görə Azərbaycan idmançıları bununla 5 - ci dəfədir ki, Qış Olimpiya oyunlarında iştirak edirlər. Soçi Olimpiadasında ölkəmizi 4 idmançı təmsil edəcək. Onlar iki idman növü üzrə yarışacaqlar.
Kişilər arasında dağ - xizək idmanı yarışlarında ölkəmizi Patrik Brahner və Sedrik Nots, fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda isə Azərbaycanı Yuliya Zlobina və Aleksey Sitnikov təmsil edəcəklər.
AzNews.az