- Köhnə - İdman
- 30 Avqust 2012 14:48
- 3 068
Fabio Dalla Fina: “Rabitə”dən artığını arzulaya bilməzdim” - Müsahibə
- "Rabitə"dən aldığınız təklifi necə qəbul etdiniz?
- Belə bir təklifi dəyərləndirməmək olmazdı. 2011-ci ildə Çempionlar Liqasının finalçısı olmuş bir komandanın məni heyətində görmək istəyini təbii ki, qəbul etməliydim.
- Bu variant necə yarandı?
- Bunun təşəbbüskarı "Rabitə"nin baş məşqçisi Marçello Abbondanza oldu. Adətən o getdiyi klublara öz komandası ilə yollanır. Lakin bu dəfə Marçellonun statistiki Mişel Fanni "Villa Kortese"də qalmağa üstünlük verərək, Azərbaycana getmədi.
- Bunun səbəbini bilirsiz?
- Məncə, bu Mişelin şəxsi işləri ilə bağlıdır.
- Sizə konkret təklif kimdən gəldi?
- Öncə dostlarımdan biri məni bu məsələdən xəbərdar edib, fikrimi öyrəndi. Mən də ona "hə" dedim. Üstündən bir neçə gün keçdikdən sonra Abbondanzanın özündən zəng gəldi və biz razılaşdıq. Hər şey çox tez alındı.
- Yeni klubunuzdakı işinizdən nə gözləyirsiz?
- Orada tək statistik kimi deyil, həm də məşqçi kimi yetişmək istəyirəm. Uzun illər statistik kimi çalışıb, məşqçilik işinin də texniki tərəfini öyrənməyə səy göstərmişəm. Azərbaycanda yüksək səviyyəli qadın voleybolu haqda çox bilgi əldə edə bilərəm. Çünki yeni komandam Çempionlar Liqasında və Azərbaycan birinciliyində deyil, həm də dünya çempionatında mübarizə aparacaq. Həmişə İtaliya və Avropada uğur qazanan klublara can atmışam. "Rabitə"dən təklif gələndə isə bundan artığını arzulaya bilməzdim.
- Sizin ən böyük arzunuz nədir?
- Mən dünyanın ən yaxşı məşqçilərindən biri olmaq istəyirəm. Karyerama statistik kimi başlasam da, gələcəkdə arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm.
AzNews.az