Rusiya-Şimali İrlandiya - 2:0, Portuqaliya-Lüksemburq - 2:1

Sentyabrın 7-də, Azərbaycan və İsrail yığmaları ilə bərabər, çıxış etdiyimiz "H" qrupunda digər oyunlar da keçirilib. Belə ki, Rusiya yığması Şimali İrlandiya ilə qarşılaşıb və 2:0 hesabılə qələbə qazanıb.

Qollara Viktor Fayzulin və Roman Şirokov imza atıblar. Bundan əlavə, Portuqaliya yığması səfərdə Lüksemburq komandası ilə oynayıb və 2:1 hesablı qələbə qazanıb. Qonaqlardan Kriştianu Ronaldu və Elder Poştiqa, ev sahiblərindən isə Daniel da Motta fərqləniblər. Onu da qeyd edək ki, qrupun ikinci turunun oyunları sentyabrın 11-də keçiriləcək.

Emin Abbasov
AzNews.az