Yığmanın məşqçiləri dəyişdirildi

AzNews.az xəbər verir ki, taekvondo üzrə Azərbaycan milli komandalarının məşqçilər heyəti yenilənsən də, Ələkbər İmaməliyev əsas yığmanın baş məşqçisi postunda qalıb. Gündüz Abdullayevlə Elnur Amanov isə böyük məşqçilər qismində ona yardım edəcəklər. Bundan sonra Abdullayev qadınlardan ibarət yığmamıza da rəhbərlik edəcək. O, istefaya göndərilən cənubi koreyalı baş məşqçi Sun Mi Parkın səhvlərini düzəltməyə çalışacaq.

Həmçinin, Gündüz Abdullayevin əvvəllər rəhbərlik etdiyi gənclər millimizə bundan sonra qardaşı Məmməd Abdullayev rəhbərlik edəcək. Bu komandada köməkçi-məşqçi funksiyasını isə Zahid Məmmədov daşıyacaq.

Məmməd Abdullayevin əvvəllər çalışdırdığı yeniyetmələrdən ibarət yığmamıza isə Səbuhi Zülfüqarov baş məşqçi təyin edilib. Zülfüqarov bundan əvvəl əsas millidə İmaməliyevin köməkçisi olub. Yeni baş məşqçiyə Sənan Həşimov kömək edəcək.

AzNews.az