İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike Lionel Messinin ürək bulanmasına aydınlıq gətirib. İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike Lionel Messinin ürək bulanmasına aydınlıq gətirib.

Messinin ürək bulanmasına aydınlıq gətirildi- VİDEO

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Luis Enrike Lionel Messinin ürək bulanmasına aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, o bildirib ki, "Nə həkimlər, nə də idman göstəriciləri cəhətdən heç bir narahatçılıq yoxdur, buna o qədər də əhəmiyyət vermirəm".

Luis Enrike diskvalifikasiya səbəbindən yaşıl meydanlardan uzaq qalan Luis Suaresin fiziki vəziyyəti haqqında da danışıb: "Suaresin çəkisi nəzarət altındadır. Luisin möhkəm bədən quruluşu var. Elit idmançılar həmişə mikroskopun altındadılar.

Suares yarış rejiminə malik çox güclü bədənə malikdir. Əgər istəsəniz, liposaksiyasına (bədənin müəyyən hissəsində piy dərəcəsinin artıb-azalmasını müəyyən edən kosmetoloji əməliyyat) baxa bilərsiniz.

Qeyd edək ki, "Barselona" son turda doğma meydanında "Qranada"nı 6:0 hesabı ilə darmadağın edib. Qolları oyunda Neymar (26-cı dəqiqə, 45+1, 66), Rakitiç (43) və Lionel Messi (62, 82) vurub.


Barcelona 6 - 0 Granada CF
rutube.ru

AzNews.az