Ağdamın “Qarabağ” futbol klubu bu gecə Avropa Liqası çərçivəsində növbəti oyununa çıxacaq. Komandamız Ukraynanın “Dnepr” klubunun qonağı olacaq. Ağdamın “Qarabağ” futbol klubu bu gecə Avropa Liqası çərçivəsində növbəti oyununa çıxacaq. Komandamız Ukraynanın “Dnepr” klubunun qonağı olacaq.

Deputatlar “Qarabağ”ın oyunundan danışdılar

Ağdamın “Qarabağ” futbol klubu bu gecə Avropa Liqası çərçivəsində növbəti oyununa çıxacaq. Komandamız Ukraynanın “Dnepr” klubunun qonağı olacaq.



AzNews.az bu iki klub arasında baş tutacaq matçla bağlı millət vəkillərinin mövqeyini öyrənib.

Deputat Zahid Oruc klubumuzun mötəbər turnirdəki çıxışını həm də siyasi hadisə adlandırıb:



"Azərbaycan millisinin Xorvatiyaya məğlubiyyətindən sonra "Qarabağ"ın oyunu çox vacibdir. Hesab edirəm ki, komandamız uğurlu çıxış edəcək. "Qarabağ"ın Avropa Liqasındakı çıxışı idman hadisəsi ilə yanaşı, həm də siyasi hadisədir. Hesab barədə isə bir söz demək istəmirəm".

Millət vəkili Yevda Abramov futbolu çox sevdiyini bildirərək oyuna imkan daxilində baxacağını bildirib:



"Mən futbolu sevirəm, gecə vaxtım olsa, "Qarabağ"ın oyununa baxacam. Oyunun nəticəsinə gəldikdə isə, mən heç bir oyundan öncə hesab deməyi xoşlamıram".

Deputat Asim Mollazadə "Qarabağ"ın oyununu seyr edəcəyini vurğulayıb:



"Mən komandamızın oyununu seyr edəcəm. Hesab edirəm ki, klubumuz uğurlu oyun sərgiləyəcək. Hesaba gəlincə isə mən münəccim deyiləm, oyunun hesabı barədə heç nə deyə bilmərəm".

Deputat İlyas İsmayılov da gecə oyuna baxacağını deyib:



"Mən "Qarabağ" klubunun azarkeşiyəm. Bu gecə klubumuza azarkeşlik edəcəm, amma hesaba gəldikdə isə bu haqda fikir söyləyə bilmərəm".

Deputat İqbal Ağazadə isə hazırda xaricdə olduğuna görə, oyuna baxa bilməyəcəyini vurğulayıb.



Xəyal Əzizov
AzNews.az