Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq. Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq.

“Qarabağ”sız Avropa Liqasında püşk atılacaq– Bu gün

Bu gün Avropa Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq.



AzNews.az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşk zamanı 32 komanda iki səbətə bölünəcək. Avropa Liqasının qrup mərhələsinin 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşacaq. Yerdə qalan 8 komanda isə Çempionlar Liqasının qrup mərhələsinin üçüncüləri olacaq. Həmin komandalardan ən yüksək reytinqə malik dörd komanda 1-ci, digər dörd klub isə 2-ci səbətdə yer alacaq.

Çempionlar Liqasında olduğu kimi burada da bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkün deyil. 1/16 final mərhələsinin ardından 1/8 finalın da püşkü atılacaq. Türkiyə klublarından yalnız "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında mübarizəni davam etdirirlər.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral, 1/8 finalın görüşləri isə 12-19 mart tarixlərində keçiriləcək.

Qrup qalibləri:

"Borussiya" (Münhenqladbax, Almaniya)
"Brügge"(Belçika)
"Beşiktaş" (Türkiyə)
"Zalsburq" (Avstriya)
"Dinamo" (Moskva, Rusiya)
"İnter" (İtaliya)
"Feyenoord" (Hollandiya)
"Everton" (İngiltərə)
"Napoli" (İtaliya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Fiorentina" (İtaliya)
"Legiya" (Polşa)

Çempionlar Liqasından gələnlər:
"Olimpiakos" (Yunanıstan)
"Sportinq" (Portuqaliya)
"Atletik" (İspaniya)
"Zenit" (Rusiya)

Qrup ikinciləri:

"Vilyareal" (İspaniya)
"Torino" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Seltik" (Şotlandiya)
PSV (Hollandiya)
"Dnepr" (Ukrayna)
"Sevilya" (İspaniya)
"Volfsburq" (Almaniya)
"Yanq Boyz" (İsveçrə)
"Olborq" (Danimarka)
"Qenqam" (Fransa)
"Trabzonspor" (Türkiyə)

Çempionlar Liqasından gələnlər:

"Anderlext" (Belçika)
"Ayaks" (Hollandiya)
"Liverpul" (İngiltərə)
"Roma" (İtaliya)


AzNews.az