İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi braziliyalı ulduz Neymarla müqaviləni yeniləmək istəyir. İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi braziliyalı ulduz Neymarla müqaviləni yeniləmək istəyir.

“Barselona“dan Neymara yeni təklif

İspaniyanın "Barselona" futbol klubunun rəhbərliyi braziliyalı ulduz Neymarla müqaviləni yeniləmək istəyir.



AzNews.az xəbər verir ki, 22 yaşlı hücumçu ilə müqaviləni 2020-ci ilə kimi artırmaq planlaşdırılır. 2013-cü ilin yayında "Santos"dan katalon klubuna təşrif buyuran Neymar ötən mövsüm istənilən kimi çıxış etməsə də, cari mövsümdən öz oyununu tapa bilib. Onun "Barcelona" ilə hazırki müqaviləsi 2018-ci ildə başa çatır.

Neymar birinci dövrədə "Barcelona"nın 14 qolunun müəllifi olub. Bunun üçün braziliyalı futbolçuya 18 oyun kifayət edib. O, Braziliya millisinin də aparıcı üzvüdür.