8 xalla 6-cı pillə 8 xalla 6-cı pillə

“Xəzər Lənkəran“dan vacib qələbə

8 xalla 6-cı pillə



Bu gün Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə Bakının "AZAL" klubu "Xəzər Lənkəran"ı qəbul edib. Lənkəranlılar fasiləyə matçın son dəqiqələrində Manuel Skarlatakenin dubla imza atması ilə üstün yollanıblar. Fasilədən sonra qol qeydə alınmadığından, oyun elə bu hesabla da başa çatıb (0:2).

Bu qələbədən sonra "Xəzər Lənkəran" 8 xalla 6-cı pilləyə yüksəlib. Çempionatda ilk məğlubiyyətini alan Vaqif Sadıqovun yetirmələri isə 7 oyundan 12 xalla 2-ci pillədədirlər. Qeyd edək ki, Premyer Liqada VIII turun digər görüşləri sabah keçiriləcək.

AzNews.az