“Trabzonspor” -“Kasimpaşa”: 1:0

Türkiyə Superliqasında 7-ci turun oyunlarına start verilib. İlk oyun günündə 3 qarşılaşma baş tutub. AzNews.az Goal.com-a istinadən xəbər verir ki, günün ən maraqlı matçı Trabzonda keçirilib.

Burada yerli "Trabzonspor" komandası "Kasimpaşa"nı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Trabzonspor"un yeganə qolunu matçın 7-ci dəqiqəsində Olcan Adın vurub.

Günün digər oyunlarında "Antalyaspor" rəqib meydanda "Qaziantepspor"u məğlubiyyətə uğradıb. "Qarabükspor" isə "Orduspor"un müqavimətini qıra bilməyib. Oyun 1:1 hesabi ilə yekunlaşıb.

Tura bu gün və sabah keçiriləcək oyunlar ilə yekun vurulacaq.

Elman Bakuvi
AzNews.az