İdmançımız Avropa çempionu oldu

Bu gün İstanbulda karateçilərin 50-ci Avropa çempionatının 3-cü yarış günündə ayrı-ayrı çəki dərəcələrinin mükafatları uğrunda görüşlər keçirilir.

Həlledici döyüşə çıxan Azərbaycan millisinin üzvü Ayxan Mamayev italiyalı rəqibi Nello Maestriyə məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər təmsilçimiz Rafael Ağayev isə alman karateçi Noah Bitçin qızıl medal qazanmasına imkan verməyib. İdmançımız növbəti dəfə Avropa çempionu alıb.