Qalmaqallı turnir başa çatdı - FOTO

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə "Climbaku" İdman Dırmanması Mərkəzində mərhum Azərbaycan dağçısı Akif Rüstəmovun xatirəsinə həsr olunmuş turnir uğurla başa çatıb.

Turnirin təşəbbüskarı və təşkilat komitəsinin rəhbəri, mərhum dağçı Akif Rüstəmovun yaxın dostu olmuş, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "Zirvə" idman klubunun rəhbəri Mövlud Əzizov çıxış edərək xatirələrini danışıb, idmançılara müvəffəqiyyətlər arzulayıb.

40-dan artıq idmançının iştirak etdiyi turnir Federasiyanın gənc idmançılarından təşkil olunmuş hakimlər tərəfindən idarə edilib və nəticələrə görə:

Sürət mərhələsi üzrə (qızlar arasında)

1. Könül Hüseynova("Meteor")
2. Diana Xanina ("Blackstone")
3. Təranə Aslanova ("Climb Club")

Sürət mərhələsi üzrə (oğlanlar arasında)

1. Çingiz Tağızadə ("Ekosport")
2. İlham İsrafilov ("Salavat")
3. Ramal Rəhimxanov ("Salavat")

Çətinlik mərhələsi üzrə (qızlar arasında)

1. Könül Hüseynova ("Meteor")
2. Təranə Aslanova ("Climb Club")
3. Diana Xanina ("Blackstone")

Çətinlik mərhələsi üzrə (oğlanlar arasında)

1. Çingiz Tağızadə ("Ekosport")
2. İlham İsrafilov ("Salavat")
3. Amil Əliyev ("Qafqaz") yerlərin qalibləri olublar.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, Akif Rüstəmovun xatirəsinə həsr olunan yeniyetmələr və gənclər arasında qayaya dırmanma üzrə "Ümid" yarışı ilk dəfə 2010-cu ildə keçirilib. Bu yarışda 80-dan yuxarı yeniyetmə, gənc və yeni başlayan idmançılar yarışaraq ilk idman dərəcələrini alıblar.

Məlumat üçün bildirək ki, budəfəki turnirin keçirilməsi FAİREX və Alpinizm Federasiyası arasında qalmaqal yaratmışdı.

Elnarə Əlosmanqızı
AzNews.az
image description image description