FİFA biletləri yeni qaydada satacaq

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2014-cü ildə keçiriləcək dünya çempionatına biletləri yeni qaydada satacaq. Səbəb tribunalarda boş yerin qalmamasına nail olmaqdır.

Bundan əvvəl Olimpiada və Paralimpiya oyunlarında, eləcə də Ukrayna və Polşada keçirilən çempionatlarda tribunalarda qalan boş yerlər diqqəti cəlb etmişdi. "Boş yerlər ciddi məsələdir. Biz bu problemi həll etmək üçün yeni sistem hazırlayırıq. Hələlik bu sistem tamamilə etibarlı deyil, amma biz nədənsə başlamalıyıq" deyə FİFA-nın marketinq üzrə direktoru Terri Veyli deyib.

Championat.com saytının məlumatına görə, yeni sistem oyunlara gedə bilməyən şəxslərin biletini 2-3 gün əvvəldən satmasına imkan yaradacaq.

Elnarə Əlosmanqızı
AzNews.az