Güləşçilərimizdən 1 qızıl və 1 bürünc medal

Qroznıda Çeçenistan prezidenti Ramzan Kadırovun Kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə IV beynəlxalq turnir başa çatıb.

Trend.az yazır ki, 10-dan artıq ölkənin 200-dən yuxarı idmançısının iştirak etdiyi yarışda Azərbaycan yığması məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərliyi altında mübarizə aparıb və 2 idmançımız mükafatçılar sırasına düşüb.

120 kq çəki dərəcəsində çıxış edən Aslan Cebişov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq turnirin baş mükafatına layiq görülüb. 84 kq çəkidəki təmsilçimiz İlya Xamikoyev isə 3-cü yeri tutub

Elman Bakuvi
AzNews.az