Medallar öz sahiblərini gözləyir – “Bakı-2015” (VİDEO)

Birinci Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır.


AzNews.az baku2015.com-a istinadən xəbər verir ki, "Bakı 2015" qısa zamanda başlayacaq və bütün nəzərlər ilk Avropa Oyunlarının çempionu olmaq üçün mübarizə aparacaq qitə idmançılarına yönələcək.

Belə bir tarixi tədbirdə iştirak etmək bütün iştirakçıların karyerasında yüksək dönüş nöqtəsi olacaq. Lakin mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı "Bakı 2015"in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Ərsəyə gətirilmiş bu video-çarx yerli şirkət "Azərsuvenir" MMC-nin Bakıda hazırladığı Avropa Oyunları medallarının istehsal prosesini əks etdirir.

Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı "Bakı 2015"in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində "Bakı 2015"in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

"Bakı 2015"in idmançılarla əlaqədar xidmətlər və əməliyyatlar üzrə direktoru Ceyms Makleod bildirib: "Bakı 2015"də mübarizə aparan idmançılar üçün ilk Avropa Oyunlarında medal qazanmaq karyera müəyyənləşdirmə anı olacaq. Medalın dizaynı Azərbaycan motivlərini yaradıcı şəkildə vurğulamaqla yanaşı nailiyyət hissini də əks etdirir".