I Avropa Oyunları çərçivəsində taekvondo üzrə 80 kq çəkidə kişilərin yarışında Azərbaycan idmançısı Milad Beiqi Harçeqani finala vəsiqə qazanıb. I Avropa Oyunları çərçivəsində taekvondo üzrə 80 kq çəkidə kişilərin yarışında Azərbaycan idmançısı Milad Beiqi Harçeqani finala vəsiqə qazanıb.

2 taekvondoçumuz finalda – CANLI YAYIM (Yenilənib2)

I Avropa Oyunları çərçivəsində taekvondo üzrə 80 kq çəkidə kişilərin yarışında Azərbaycan idmançısı Milad Beiqi Harçeqani finala vəsiqə qazanıb.


AzNews.az xəbər verir ki, o, yarımfinal oyununda portuqaliyalı Julio Fereyranı udub.
Qeyd edək ki, I Avropa Oyunları çərçivəsində taekvondo üzrə 67 kq çəkidə qadınların yarışında ölkəmizi təmsil edən Fəridə Əzizova da finala vəsiqə qazanıb.

***
17:15

I Avropa Oyunları çərçivəsində taekvondo üzrə 67 kq çəkidə qadınların yarışında ölkəmizi təmsil edən Fəridə Əzizova finala vəsiqə qazanıb.

AzNews.az xəbər verir ki, o, yarımfinal oyununda isveçli Elin Yohansonu məğlub edib.

Qeyd edək ki, 80 kq çəkidə kişilərin yarışında Azərbaycan idmançısı Milad Beiqi Harçeqani də bir azdan yarımfinal oyununa çıxacaq. O, finala gedən yolda portuqaliyalı Julio Fereyra ilə üz-üzə gələcək.

***
16.42

I Avropa Oyunları çərçivəsində taekvondo üzrə 80 kq çəkidə kişilərin yarışında ölkəmizi təmsil edən Milad Beiqi Harçeqani və 67 kq çəkidə qadınların yarışında Fəridə Əzizova yarımfinala vəsiqə qazanıb.

AzNews.az xəbər verir ki, Milad Beiqi Harçeqani finala gedən yolda portuqaliyalı Julio Fereyra ilə üz-üzə gələcək. Görüşün startı saat 17:15-də veriləcək. Fəridə Əzizova isə bu mərhələdə isveçli Elin Yohansonlə qarşılaşacaq. Görüşün saat 17:00-da başlayacağı gözlənilir.

Qeyd edək ki, ilk iki yarış günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.