- Köhnə - İdman
- 23 İyun 2015 16:22
- 6 496
Voleybol: Türkiyə-Rusiya – CANLI YAYIM (Yenilənib)
I Avropa Oyunları çərçivəsində qadın voleybolçularının ¼ finalı keçirilir. Hazırda Türkiyə millisi ilə Rusiya komandası görüşür.
AzNews.az xəbər verir ki, hələlik görüşdə 1-ci set oynanılır. Türkiyə 23-17 hesabı ilə öndədir.
***
15:48
I Avropa Oyunları çərçivəsində qadınlar arasında keçirilən voleybol yarışında Polşa millisi Almaniyanı məğlub edib.
AzNews.az xəbər verir ki, gərgin keçən qarşılaşmada polşalı voleybolçular 3:2 (25:23, 25:17, 18:25, 14:25 və 15:10) hesabı ilə qələbə qazanıblar.
Bununla da Polşa millisi qadınlar arasında yarışların yarımfinalına ilk vəsiqə qazanan komanda olub.
Gün ərzində dörddəbir final mərhələsində Türkiyə-Rusiya (saat 15:00), Azərbaycan-Niderland (19:00) və Belçika-Serbiya (21:00) qarşılaşmaları oynanılacaq.