İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününün ilk yarısında keçirilən görüşlərdən sonra Azərbaycan boksçularının yarımfinallardakı rəqiblərin adlarına aydınlıq gəlib. İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününün ilk yarısında keçirilən görüşlərdən sonra Azərbaycan boksçularının yarımfinallardakı rəqiblərin adlarına aydınlıq gəlib.

Boksçularımızın rəqibləri bəlli oldu - Yarımfinal

İyunun 24-də “Baku Crystal Hall”da keçirilən boks yarışlarının doqquzuncu gününün ilk yarısında keçirilən görüşlərdən sonra Azərbaycan boksçularının yarımfinallardakı rəqiblərin adlarına aydınlıq gəlib.


AzNews.az xəbər verir ki, qadın boksçularımızdan Anna Əlimərdanova (51-54 kq) rusiyalı Yelena Saveleva, Yana Alekseyevna (57-60kq) isə Olimpiya çempionu, dünya və Avropa çempionatlarının dəfələrlə qalibi irlandiyalı Keti Teylor ilə görüşəcək.

Kişi boksçularımıza gəlincə, 52 kiloqramda çıxış edən Avropa çempionatının bürünc medalçısı Elvin Məmişzadə yarımfinalda almaniyalı Hamza Touba ilə qarşılaşacaq.
Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyevin rəqibi Rusiya boksçusu Baxtovar Nazirov olacaq.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan Albert Səlimov finala gedən yolda irlandiyalı Sin Makkomb ilə üz-üzə gələcək.

İkiqat Azərbaycan çempionu Kollazo Sotomayor (64 kq) isə ukraynalı Viktor Petrov ilə münasibətlərinə aydınlıq gətirəcək.

Gənclər arasında Avropa çempionu Pərviz Bağırov (69 kq) final yolunda Böyük Britaniya boksçusu Yoş Kellini məğlub etməlidir.

Digər boksçumuz Xaybula Musalov (75 kq) bu mərhələdə macarıstanlı Zoltan Harcsanı sınağa çəkəcək.

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun (81 kq) yarımfinaldakı rəqibi rusiyalı Pavel Silyaqin olacaq.

Ağır çəki dərəcələrində çıxış edən boksçularımız - Abdulqadir Abdullayev (91 kq) və Avropa və ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yarımfinaldakı rəqibləri Rusiya idmançıları olacaqlar.

Dəri əlcək ustalarımız müvafiq olaraq Sadam Maqomedov və Qasan Qimbatov ilə görüşəcəklər.