Bakı 2015: 15-ci günün cədvəli - Hansı oyunlar olacaq?

Bakı-2015 I Avropa Oyunlarının XV günündə 9 idman növü üzrə yarışlar keçiriləcək.


AzNews.az xəbər verir ki, bu gün BMX velosiped idmanında mübarizə aparanlar da yarışa qoşulacaq.

Digər 8 növdən 5-də medalçılar müəyyənləşəcək. Ümumilikdə 23 dəst mükafatın oynanıldığı gündə basketbolçuların yarışına yekun vurulacaq. 3x3 növündə çıxış edən idmançılar həm kişi, həm qadınlar arasında ən yaxşıların adlarına aydınlıq gətirəcək.

Üzgüçülükdə 7, cüdoda 6, boksda 5, qılıncoynatmada 3 növ üzrə qaliblər bəlli olacaq.

Çimərlik futbolu və voleybolda növbəti qarşılaşmalar keçiriləcək.

26 iyun
09:00. Qılıncoynatma
Qadınlar, sablya ilə komanda yarışı
Kişilər, şpaqa ilə komanda yarışı
Qadınlar, rapira ilə komanda yarışı
Bakı Kristal Zalı

09:30. Üzgüçülük
Bakı Su İdmanı Mərkəzi

10:00. Badminton
1/4 final, yarımfinal
Bakı İdman Zalı

11:00. Cüdo
Kişilər, 73 kq, 81 kq
Qadınlar, 63 kq, 70 kq
Paracüdo, kişilər, +90 kq
Paracüdo, qadınlar, 57 kq
Heydər Əliyev adına İdman Arenası

12:30. Boks
Yarımfinal
Qadınlar, 60 kq
Kişilər, 60 kq, 69 kq, 75 kq, 91 kq
Final
Qadınlar, 54 kq, 64 kq
Kişilər, 52 kq, 64 kq, +91 kq
Bakı Kristal Zalı

14:30. BMX velosiped idmanı
BMX Veloparkı

16:00. Çimərlik futbolu
Qrup mərhələsi, III tur
Çimərlik Arenası

16:30. 3x3 Basketbol
Yarımfinal, final
Basketbol Arenası

17:00. Voleybol
Kişilər, yarımfinal
Polşa - Bolqarıstan
Bakı Kristal Zalı

19:30. Voleybol
Kişilər, yarımfinal
Rusiya - Almaniya
Bakı Kristal Zalı