Portuqaliya çökür

DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar keçirilib. Millimizin də yer aldığı "F qrupu"da Portuqaliya öz meydanına Şimali İrlandiyanı qəbul edib.

Son oyunda Rusiya yığmasına məğlub olan portuqallar mövqelərini yenidən möhkəmləndirmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Əks halda qrupu 2-ci bitirmək şanslarını da yavaş-yavaş itirməyə doğru gedəcəklər. Buna baxmayaraq, oyunda hesabi qonaqlar açdı.

Makqin 30-cu dəqiqədə Ş.İrlandiyanı önə keçirdi. İlk hissə bu hesabla başa çatdı. Oyunun bu hesabla nəticələnməsi meydan sahibləri üçün fəlakət olardı. 2-ci hissədə hesabı bərabərləşdirmək cəhdləri 79-cu dəqiqədə bəhrəsini verdi. Postiqa Portuqaliyanın bərabərlik qolunu vurdu və oyun 1 – 1 hesabı ilə başa çatdı.

Elman Bakuvi
AzNews.az