53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da başa çatıb. 53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da başa çatıb.

“Qəbələ” - “Çukariçki” - 2:0 (Yenilənib)

53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən "Qəbələ" III mərhələyə yüksəlməklə növbəti dəfə tarix yazıb.

***

22:28

İyulun 23-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" komandası evdə Serbiyanın "Çukariçki" komandasını qəbul edir.

AzNews.az-ın Publika.az-a istinadən məlumatına görə Bakıda "Bakcell Arena"da keçirilən oyunda "Qəbələ"nin start heyətində Dmitri Bezotosnıy, Rafael Santos, Urfan Abbasov, Rikardiniyu, Rəşad Sadiqov, Cavid Hüseynov, Aleksey Qay, Sergey Zenev, Aleksey Antonov, Vojislav Stankoviç və Samir Zərgərov yer alıblar.

"Çukariçki"nin ilk on birliyində isə Nemanya Stevanoviç, Lukas Plasentin, Filip Stoykoviç, Boyan Ostoiç, Rayko Brejançiç, Draqolyub Srniç, Branislav Yankoviç, Petar Boiç, Nikola Stoilkoviç, Andriya Pavloviç və Slavolyub Srniç meydana çıxıblar.

Oyunu çexiyalı baş hakim Radek Prjixoda idarə edir. Ona həmyerliləri İvo Nadvornik, Yakub Qrabovski və Pavel Orel kömək edirlər. Görüşün UEFA nümayəndəsi isveçli Per Svard, hakim-inspektoru isə isveçrə təmsilçisi Andreas Şluxterdir.

Komandalar arasında Belqradda təşkil olunan ilk oyunda "Qəbələ" komandası 0:1 hesabı ilə məğlub olmuşdu.
İki oyunun nəticəsinə görə qalib çıxan komanda üçüncü təsnifat mərhələsində "Apollon" (Kipr) – "Trakai" (Litva) cütünün güclüsü ilə qarşılaşacaq.

Qəbələ" (AZƏRBAYCAN) 1-0 "Çukariçki" (Serbiya)