Məşhur futbolçu həbs olundu

Ötən illərin tanınmış futbolçularından olan Mixail Ballakın sürətli avtomobil sürməsi ona baha başa gəlib. Ntvspor.net xəbər verir ki, İspaniyanın Kaseres polisi açıqlama verib ki, saatda 211 kilometr sürət ilə getməyi sübuta yetirilən Ballakın yol polisini hədələdiyi üçün həbs olunub. İspaniya qanunlarına görə Ballakın getdiyi yolda maksimum sürət 120 olduğuna görə futbolçunun sürücülük vəsiqəsi alınmalıdı. Bundan əlavə Ballaka pul cəzası da kəsilə bilər.

Elman Bakuvi
AzNews.az