- Köhnə - İdman
- 5 Avqust 2015 23:30
- 2 965
“Qarabağ” “Seltik”ə uduzdu - Yenilənib

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
21:40
AzNews.az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da "play-off" uğrunda mübarizə aparacaq.
Qurban Qurbanovun komandası doğma meydanda Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək.
Qlazqoda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq qalib gəlməlidir.
"Qarabağ" mərhələ adlamaqla futbolumuzda yeni tarix yaza bilər. İndiyədək heç bir klubumuz Çempionlar Liqasının "ple-off" mərhələsində oynamayıb.Buna görə də "Seltik"lə bugünkü duel "Qarabağ" üçün tarixi oyun ola bilər.
***
Respublika Stadionunda "Qarabağ"la "Seltik" arasında keçirilən qarşılaşmada hesab açılmadı. İlk görüşdə 1-0 hesablı qələbə əldə edən şotlandlar Çempionlar Liqasında "pley-off"a yüksəldi.