“Londonda edə bilmədiyimi Rio-2016-da gerçəkləşdirəcəm“

London Yay Olimpiya Oyunlarının iştirakçısı Ramin Əzizov (80 kq) qarşıdakı yarışlara hazırlaşır




"Dördilliy"in ən böyük idman bayramında Steven Lopez (ABŞ) kimi titullu idmançıya – olimpiya və dünya çempionuna qalib gələn gənc taekvondoçu azarkeşlərdə böyük ümid yaratsa da, növbəti döyüşdə gözlənilmədən uduzaraq yarışla erkən vidalaşdı. AzNews.az-a verdiyi açıqlamada dayanq ustası bildirib ki, indi onun əsas vəzifəsi toparlanmaq və yeni mövsümə yüksək ovqatda yollanmaqdır:

"Bu yaxınlarda İsveçrədə beynəlxalq turnir keçiriləcək. Həmin yarışda iştirak edəcəyəm. Düzdür, bu sınaq reytinq xalı vermir. Amma döyüş təcrübəsini yaxşılaşdırmaq baxımdan faydalı olacaq. Çünki London olimpiadasından sonra dayanq üzərinə çıxmamışam. Olimpiadada məndən medal gözləyirdilər. Mübarizəyə yaxşı da başlamışdım. Ancaq təcrübəsizlik sonda öz sözünü dedi.

İndi məqsədim mövsümə uğurla başlamaqdır. Qarşıdakı illərdə 80 kq çəkidə liderliyimi qoruyub, Londonda edə bilmədiyimi Rio-2016-da gerçəkləşdirəcəm".


Kamran Hacı
AzNews.az