- Köhnə - İdman
- 20 Oktyabr 2012 18:30
- 3 287
“Mançester Yunayted”dən növbəti qələbə
AzNews.az xəbər verir ki, ilk hissədə Ueyn Runi və Roben van Persinin qolları ilə önə keçən "Mançester Yunayted" ikinci hissə başlar-başlamaz daha bir qol vuraraq hesabı 3:0-a çatdırıb.
Bundan sonra aktivləşən qonaqlar bu toplardan ikisinin əvəzini çıxıblar. Bu oyunda sonuncu qol olmayıb. 65-ci dəqiqədə Ueyn Runinin vurduğu növbəti qol "Mançester Yunayted"in "Stok Siti" üzərində 4:2 hesablı qələbəsini tamamlayıb.
Elman Bakuvi
AzNews.az