Onun üstündə dava düşdü

Türkiyə Super Liqasınının 8-ci həftəsində "Trabzonspor"u qonaq edən "Beşiktaş" meydandan bərabər hesabla (1-1) ayrılıblar.

Goal.com xəbər verir ki, Oyun əsnasında tribunada qısa müddətli "Rikardo Kuareşma" gərginliyi yaşanıb. Oyunu meydandan izləyən azarkeşlərin bir bölümü portuqaliyalı yarımmüdafiəçinin lehinə çıxışlar ediblər.

Digər azarkeş qrupunun bu çıxışlara sərt cavabı isə gərginliyə səbəb olub. Polis müdaxiləsindən sonra gərginlik aradan qaldırılıb.


Elman Bakuvi
AzNews.az