Avropa çempionu azərbaycanlı iş adamını hədələdi

Rusiyada azərbaycanlı iş adamı Ramil Rzayevdən külli miqdarda pul tələb edən Federal Təhlükəsizlik Əməkdaşlarına döyüş sambosu üzrə Avropa çempionunun da yardım etdiyi məlum olub.

AzNews.az xəbər verir ki, iş adamından 2 milyon dollar tələb edən FTB-nin iki əməkdaşı ona üçüncü dəfə silahla hədə qorxu gəlməyə çalışarkən hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Fırıldaqçılıqda ittiham olunan zabitlər cəmi iki nəfər olduqlarını desələr də R.Rzayev aralarında döyüş sambosu üzrə Avropa çempionu Əhməd Musayevin də olduğunu bildirir. Azərbaycanlı iş adamının sözlərinə görə, heç kimə 2 milyon dollar məbləğində borcu yoxdur. Hazırda məşqçi kimi fəaliyyət göstərən Əhməd Musayev isə bütün iddia olunanları təkzib edib.

Rüfət Azəri
AzNews.az