Oyun bərabər hesabla başa çatdı. Oyun bərabər hesabla başa çatdı.

“Qarabağ” - “Monako” oyunu heç-heçə bitdi - Yeniləndi

Oyun bərabər hesabla başa çatdı.


***
21:37

72-ci dəqiqədə rəqib futbolçu oyunda ikinci qolu vurur. Hesab 1-1 bərabərləşir.

***
20:48

39-cu dəqiqədə "Qarabğ"ın futbolçusu Armentos oyunda hesabı açır.

***
19:59

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ" bir neçə dəqiqə sonra qrup lideri olan Fransanın "Monako" komandasını qəbul edir.

AzNews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Maksim Medvedev, Əfran İsmayılov, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov ,Alharbi Əl Jadeyaoui, Samuel Armenteros

Ehtiyat oyunçular: Fərhad Vəliyev, İlqar Qurbanov, Elvin Yunuszadə, Elvin Məmmədov, Miqel Markos Madera , Çumbinyo, Rudell Pupon

"Monako": Subaşiç, Fabinyo, Karvalyo, Vallek, Raggi, Joao Moutinyo, Bernardo Silva, Pasaliç, Toulalan (k), Traore, El-Şaaravi

Ehtiyat oyunçular: Nardi, Elderson, N`Doram, Ture, Karillo, İvan Kavaleyro, Andzouana